6 C
Baku
Sunday, December 15, 2024

Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında əsasnamə təsdiqlənib

“Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nı dörd ay müddətində təsdiq etməlidir və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Eyni zamanda, Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Sənədlə “Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 9 mart tarixli 164 nömrəli Sərəncamı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 5–6, maddə 111; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 97; 2010, № 2, maddə 80) ləğv edilib.

Son xəbərlər
Digər xəbərlər