15 C
Baku
Saturday, April 20, 2024

Beynəlxalq kredit

Beynəlxalq kredit –pul və ya əmtəə formasında verilən ssuda- borcdur, onu bir ölkənin kreditoru müddətlilik, qaytarılma öhdəliyi, təminat və ödəmə şərtləri əsasında digər bir ölkənin subyektinə verir. Beynəlxalq kreditinin subyektləri rolunda banklar, kompaniyalar, özəl müəssisələr, hökumətlər, beynəlxalq və regional təşkilatlar çıxış edə bilər.

Beynəlxalq kreditin başlıca funksiyaları

 1) Maliyyə və maddi resursların ölkələr arasında təkrar bölüşdürülməsi;

2) İstehsalın beynəlmiləşməsi prosesinin güclənməsi -müəyyən ölkələrin müvəqqəti olaraq sərbəst (istifadə edilməyən) resurslarının digər ölkələrə kapital qoyuluşu və maliyyələşmə şəklində yönəldilməsi;

3) Əmtəələrinin realizə olunası (satılması) prosesinin sürətlənməsi.

Beynəlxalq kreditlər qısamüddətli (1 ilə qədər, bir qayda olaraq, xarici ticarətdə istifadə olunur): ortamüddətli ( 1 ildən 7 ilə qədər, maşın və avadanlıq ixracı zamanı istifadə olunur) və uzunmüddətli (7 ildən daha çox, istehsalat və infrastruktur bölməsinə edilən kapital yatırımlarını maliyyləşdirmək üçün istifadə olunur) ola bilər.

Kreditorun kim olmasından asılı olaraq, fərdi kredit, firma və bank kreditləri, dövlət krediti, beynəlxalq valyuta təşkilatının və inkişaf bankının kreditləri bölgüsünü aparmaq olar. Kreditləşmə həcminə görə kommersiya kreditləri və maliyyə kreditlərini fərqləndirirlər.

Kommersiya kreditləri – məhsul və ya xidmət alqı-satqısı ilə bağlı olur, bu zaman kreditin təyinat üzrə xərclənməsinə ciddi diqqət yetirilir.

Maliyyə kreditləri daha sərbəst xarakter daşıyır və onlar istənilən məqsəd üçün istifadə etmək mümkündür. Təqdim olunma formasına görə kreditlər pul (valyuta) və əmtəə kreditlərinə bölünür.

Beynəlxalq kreditin inkişafı istehsalatın böyüməsinə, beynəlxalq və milli məhsulların artımına, beynəlxalq iqtisadi münasibətlərdə bir sıra proseslərin sürətlənməsinə səbəb olur, həmçinin müəssisələr üçün əlavə istehsal və kommersiya imkanları açır.

Son xəbərlər
Digər xəbərlər