13 C
Baku
Tuesday, May 14, 2024

Beynəlxalq reytinq agentliyi Bank of Baku-nun reytini yüksəldib

Beynəlxalq reytinq agentliyi “Moody’s Investors Service” (“Moody’s”) Azərbaycan bankı “Bank of Baku” ASC-nin reytinqini yüksəldib.

Banker.az bu barədə reytinq agentliyinin Azərbaycan bankları ilə bağlı verdiyi qiymətləndirməyə istinadən xəbər verir.

“Bank of Baku”nun əsas kredit qiymətləndirilməsini (BCA) b3-dən b2-yə, uzunmüddətli depozit reytinqlərini isə B3-dən B2-yə kimi artırıb.

Agentlik qeyd edir ki, daha çox istehlak kreditlərinə fokuslanan “Bank of Baku”nun problemli kreditlər nisbəti 2020-ci ildəki 8.1% olduğu halda, 2021-ci ilin dekabrına 3.3%-ə yüksəlib.

Müsbət cəhət kimi “Bank of Baku”nun kredit portfelində əsasən yerli valyutada ifadə olunması qeyd edil ki, bu da onun məzənnə dəyişkənliyinə həssaslığını məhdudlaşdırır.

“Moody’s” rəyi verərkən Azərbaycan banklarının kifayət qədər həcmdə xarici valyuta daxilolmalarını təmin edən yüksək neft qiymətləri sayəsində daha güclü iqtisadi aktivlik və sabit valyuta ilə dəstəklənən yaxşılaşan əməliyyat mühitindən faydalanacağını nəzərə alıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər