12 C
Baku
Wednesday, December 11, 2024

Beynəlxalq Valyuta Fondu Moldovaya 95 mln. dollar maliyyə yardımı ayırıb

Beynəlxalq Valyuta Fondu (IMF) Moldova büdcəsinə dəstək üçün təxminən 95 milyon ABŞ dolları maliyyə ayırıb.

Bu barədə fondun yaydığı məlumatda bildirilib.

IMF vurğulayıb ki, Genişləndirilmiş Kredit Mexanizmi (ECF) və Genişləndirilmiş Fond Mexanizmi (EFF) çərçivəsində ayrılan maliyyə yardımının ümumi dəyəri təxminən 466 milyon ABŞ dolları təşkil edir.

Qeyd edilib ki, proqramın 19 oktyabr 2025-ci il tarixinə qədər uzadılması təsdiqlənib.

Proqram ölkənin iqlim şoklarına qarşı davamlılığın yaradılması səylərini, enerji sektorunda islahatları dəstəkləmək, maliyyə sektorunun iqlim dəyişikliyi və enerji böhranları ilə mübarizə potensialını gücləndirmək məqsədi daşıyır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər