Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyədən heç bir maliyyə dəstəyi tələbinin alınmadığını açıqlayıb.
Bu barədə fondun məlumatında deyilir.
“BVF-nin texniki qrupu 4-cü maddə üzrə məsləhətləşmələrə hazırlıq məqsədilə Türkiyə hakimiyyəti ilə danışıqlar aparmaq üçün sentyabrın sonunda Türkiyəyə adi səfər edəcək”, – məlumatda deyilir.
Qeyd edilib ki, səfər, həmçinin son iqtisadi hadisələr, iqtisadi perspektivlər və makro-maliyyə siyasətləri barədə fikir mübadiləsi aparmaq imkanı verəcək.