15 C
Baku
Wednesday, May 15, 2024

Beynəlxalq Valyuta Fondu Ukraynadakı müharibənin Qafqaz üçün risklərini açıqlayıb

Ukraynadakı müharibənin Qafqaz və Mərkəzi Asiya (CCA) iqtisadiyyatlarına mənfi təsiri indiyədək daha yumşaq olub.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.

Onun sözlərinə görə, aprel ayındakı son proqnozla müqayisədə, bu il üçün CCA regionu üzrə iqtisadi artım proqnozu 1,2 faiz bəndi artırılaraq 3,8 %-ə çatdırılıb:

“Birinci yarım ildə güclü artım Rusİya iqtisadiyyatının gözlıəniləndən daha az kiçilməsi, güclü valyuta daxilolmalarını və davamlı ticarəti əks etdirir. Bununla belə, qeyri-müəyyənlik çox yüksək olaraq qalır.

CCA ölkələri ticarət, turizm, pul köçürmələri və maliyyə kanalları vasitəsilə müharibənin təsirinə məruz qalır və sanksiyaların uzun müddət qüvvədə qalması iqtisadi fəaliyyətə daha çox təsir göstərə bilər.

Ümumi artımın ortamüddətli dövrdə 3,5 %-ə qədər yavaşlaması proqnozlaşdırılır ki, bu da regionun tarixi orta göstəricisindən (7 %) əhəmiyyətli dərəcədə aşağıdır.

Pul siyasətinin sərtləşdirilməsinə baxmayaraq sürətlənən inflyasiyanın bu il 12,9 %, 2023-cü ildə isə 10,5 %-lə ikirəqəmli səviyyədə qalacağı proqnozlaşdırılır”.

O bildirib ki, region üçün iqtisadi risklər çoxdur: “Bunlardan biri yüksək əmtəə qiymətləri və geniş yayılmış ərzaq çatışmazlığıdır. Aşağı strateji ərzaq ehtiyatları fonunda artan gübrə xərcləri 2023-cü ilin kənd təsərrüfatı məhsulu üçün risklər yarada, ərzaq təhlükəsizliyini azalda və potensial olaraq sosial gərginliyi artıra bilər.

Digər narahatlıq, müəyyən hallarda tarazlığı maliyyə qeyri-sabitliyinə və borc probleminə çevirə biləcək gözləniləndən daha sərt maliyyə şərtləridir.

İnflyasiyanın genişlənməsi, gözləniləndən daha baha başa gələn dərin dezinflyasiya siyasətini tələb edə biləcəyindən narahatlıq doğurur”.

C.Azur hesab edir ki, hazırda həm MENA, həm də CCA ölkələrinin diqqətdə saxlamalı olduğu prioritetlər bunlardır:

“Birincisi, ölkələr bir tərəfdən qiymət sabitliyini yenidən bərpa edərkən, digər tərəfdən kövrəkliyi saxlarkən və sosial sabitliyi qoruyarkən fiskal dayanıqlığını, həmçinin ərzaq və enerji təhlükəsizliyini və davam edən pandemiya ilə bağlı uzunmüddətli riskləri idarə etməyə çalışmalıdırlar.

Qlobal mühitin pisləşməsi, eləcə də makroiqtisadi siyasətlərin sərtləşdirilməsi və bir sıra ölkələrdə məhdud siyasət məkanı iqtisadiyyatları daha dayanıqlı, davamlı və iqtisadi vəziyyətə gətirmək üçün transformasiya edərkən iqtisadi artımı gücləndirmək üçün struktur islahatları ilə irəliləmənin aktuallığını artırır”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər