23 C
Baku
Saturday, June 1, 2024

Beynəlxalq Valyuta Fondu Ukraynanın genişmiqyaslı bərpasına hazırlaşır

Beynəlxalq Valyuta Fondu Ukraynaya yardım üçün fövqəladə maliyyələşməni artırıb.

Bu barədə BVF-nin icraçı direktoru Kristalina Georgiyeva deyib.

O bildirib ki, gələcək maliyyələşdirmə üçün xüsusi hesab açılıb və beynəlxalq tərəfdaşlarla birlikdə Ukraynanın yenidən qurulması üçün hazırlıq gedir.

“BVF Ukraynaya təcili xərclərə kömək etmək üçün fövqəladə maliyyələşməni 1,4 milyard dollar artırıb. Keçən həftə biz həmçinin Ukraynanın gələcək maliyyələşdirilməsi üçün təhlükəsiz yol təqdim edən xüsusi hesab işə saldıq. Beynəlxalq tərəfdaşlarla birlikdə bərpa işlərinə hazırlaşırıq”, – deyə Georgiyeva bildirib.

BVF-nin Baş direktoru əlavə edib ki, hazırda əsas prioritetlər Ukraynada müharibəyə son qoymaq, pandemiya ilə mübarizə, inflyasiya və borcla mübarizədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər