-1 C
Baku
Sunday, December 15, 2024

BFB-dəki əməliyyatlardan kənarda qalan investisiya şirkəti zərərdədir

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin “könüllü” Azərbaycanın yeganə birjasından çıxmasından sonra onun maliyyə vəziyyətində geriliklər başlayıb.

Banker.az-ın xəbərinə görə, investisiya şirkəti 2022-ci ili 79.5 min manat xalis zərər edib. 2021-ci ildə 49.5 min manat xalis mənfəət əldə etmişdi. Şirkət 2020-ci ili də 99 min manat zərərlə bağlamışdı.

İllərin yığılmış zərəri 1 yanvar 2023-cü ilə 746 min manatdır.

Hesabatda göstərilir ki, onun 13.5 min manat faiz gəlirləri olduğu halda, 49 min manat inzibati və 43 min manat əməkhaqqı xərcləri çıxıb. Əməliyyatında 79.5 min manat zərər əmələ gəlib (2021: 94.5 min manat). Öncəki ildə 180 min manatlıq qiymətli kağızların dəyişməsindən gəliri cari ildə təkrarlanmadığı üçün zərər 79.5 min manata yüksəlib.

12.02.2021-cü il tarixində “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin müraciəti əsasında Bakı Fond Birjasının Üzvlük komissiyası qeyd olunan investisiya şirkətinin birja üzvlüyündən çıxarılması ilə bağlı qərar verilib, heç bir yerli birja əməliyyatlarda iştirak etmir.

Xatırladaq ki, “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC bağlanan “Texnika Bank” ASC-yə  (Texnika Capital Manegement) idi. 2017-ci ildə Böyük Britaniyanın Vircin adalarında qeydiyyatda olan “Plato Capital International” tərəfindən (99%) satın alınıb. Digər 1% BƏƏ qeydiyyatlı “Fubies Bia Investment Limited Company”ə məxsusdur.

234324232

Son xəbərlər
Digər xəbərlər