22 C
Baku
Monday, May 20, 2024

Biləsuvarda intensiv texnologiyaların tətbiqi ilə becərilən qarğıdalı yığımına başlanılıb

Biləsuvar rayonunda intensiv texnologiyaların tətbiqi ilə becərilən hibrid qarğıdalı sahələrində biçinə start verilib.

Növbəli əkin prinsipinə uyğun olaraq, rayonda bu il 1700 hektara yaxın sahədə intensiv texnologiyaların tətbiqi ilə qarğıdalı bitkisi əkilib.

Bu dənli bitkilər içərisində qarğıdalı ən qiymətli ərzaq və yem bitkisidir. Bu il də rayonda 700 hektar yazlıq, 1000 hektara yaxın isə təkrar əkin olaraq qarğıdalı bitkisi əkilib.

Artıq bir müddətdir ki, Biləsuvarda erkən əkin aparılan sahələrdə dənlik qarğıdalı biçininə başlanılıb. Bu günədək 200 hektara yaxın sahədə biçin işləri həyata keçirilib, 783,2 ton məhsul toplanılıb. Hələlik orta məhsuldarlıq 53 sentner təşkil edir.

Mənbəreport.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər