14 C
Baku
Monday, May 6, 2024

Bill Gates yenə liderdir

Microsoft şirkətinin yaradıcısı Bill Gates artıq 21-ci dəfədir ki, Forbes jurnalının versiyasına görə ABŞ-ın ən varlı insanıdır. Forbes jurnalının illik reytinqin jurnalın saytında nəşr edilmişdir.

Nəşrin verdiyi məlumata görə onun sərvəti 81,2 milyard dollar təşkil edir.

Reytinqin ikinci pilləsində investor Warren Buffet (68 milyard dollar), üçüncü pilləsində isə Larri Ellison (48,6 milyard dollar) qərarlaşmışdır.

Yenilənən siyahıda ən gənc milyarder statusuna Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Tsugerberg sahib olmuş və 34,7 milyard dollar ilə reytinqin 10-cu pilləsində qərarlaşmışdır.

Forbes jurnalı ABŞ-ın 400 varlı insanının ümumi sərvətini 2,29 trilyon dollar olaraq qiymətləndirmişdir ki, bu da keçən illə müqayisədə 270 milyard dollar çoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər