ABŞ-ın keçmiş prezidenti Bill Klinton Kaliforniyadakı xəstəxanaların birinə yerləşdirilib.
Banker.az xəbər verir ki, siyasətçinin xəstəliyinin COVID-19 ilə əlaqəli olmadığı və xəstəxanaya yerləşdirilməsinin səbəbinin qan zəhərlənməsi olduğu vurğulanır.
Bill Klintonu müalicə edən həkimlər infeksiyanın sidik yolu ilə keçdiyini və yaşlı insanlarda bu cür problemlərə tez-tez rast gəlindiyini qeyd ediblər. Onlar həm də Klintonun sağlamlıq deyil, məxfilik və təhlükəsizlik səbəbindən reanimasiya şöbəsində müalicə aldığını vurğulayıblar.
Klintonun sözçüsü keçmiş prezidentin “sağalmağa doğru getdiyini” söyləyib.