5 C
Baku
Saturday, December 14, 2024

Bill Qeyts “Heineken”də 900 mln. dollarlıq pay alıb

Dünyanın ən varlı adamlarından biri Bill Qeyts dünyanın ikinci ən böyük pivə şirkəti “Heineken Holding”də 3.76% pay alıb. Məlumata görə, razılaşma fevralın 17-də baş tutub. “Bloomberg” agentliyinin hesablamalarına əsasən, razılaşmanın məbləği 848.2 milyon avro (902 milyon dollar) təşkil edir.

Banker.az bu barədə “Forbes”ə istinadən xəbər verir.

Bill Qeyts son illərdə ətraf mühit, xəstəlik və peyvənd tədqiqatlarına böyük sərmayə qoyur. 2022-ci ilin oktyabrında Bill və Melinda Qeyts Fondu Pakistan və Əfqanıstanda poliomielitlə mübarizə üçün 1.2 milyard dollar ianə etməyi vəd edib. 2022-ci ilin mart ayında milyarder havadan təmiz su istehsal edən startapa sərmayə qoyub. Həmin ilin iyul ayında o, var-dövlətinin demək olar ki, hamısını xeyriyyəçiliyə sərf edəcəyini açıqlayıb.

Milyarder real vaxt rejimində yenilənən “Forbes Real-Time” reytinqinə görə hazırda dünyanın ən zəngin milyarderləri siyahısında altıncı yerdədir. Qeytsin sərvəti təxminən 106 milyard dollardır.

Son xəbərlər
Digər xəbərlər