25 C
Baku
Saturday, July 27, 2024

Bill Qeyts pandemiya haqqında kitab yazıb

Milyarder Bill Qeyts “Növbəti pandemiyanın qarşısını necə almaq olar” adlı kitab yazıb. Bildirilir ki, əsər 2022-ci ilin may ayında buraxılacaq.

Banker.az xəbər verir ki, “Kitabda mən nəinki gələcək pandemiyaları dayandırmaq, həm də bu prosesdə bütün dünyada səhiyyə sistemini təkmilləşdirmək üçün atacağımız konkret addımları təsvir edirəm. Mən bu pandemiyadan öyrənə biləcəyimiz dərsləri, həyatı xilas etmək üçün lazım olan yenilikləri vurğulayıram”, – deyə “Microsoft”un təsisçisi bloq yazısında qeyd edib.

Kitabda Qeyts fikirlərini ABŞ-ın yoluxucu xəstəliklər üzrə mütəxəssisi Entoni Fauci və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus kimi nüfuzlu şəxslərlə bölüşür.

Milyarder onu da əlavə edib ki, gec-tez dünya bu qənaətə gələcək ki, ildə bir dəfə koronavirus infeksiyasına qarşı peyvənd olunmaq lazım olacaq. Hazırda Qeytsin sözlərinə görə, COVID-19-un daha yoluxucu ştamının yaranması üçün heç bir ilkin şərt yoxdur, lakin onun baş vermə ehtimalını da istisna etmək olmaz.

Son xəbərlər
Digər xəbərlər