13 C
Baku
Wednesday, May 22, 2024

“Binance” kriptobirjası ruslar üçün məhdudiyyətlər tətbiq edir

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı beşinci məhdudlaşdırıcı tədbirlər paketinə uyğun olaraq, “Binance” Rusiya vətəndaşları və Rusiyada yaşayan fiziki şəxslər üçün xidmət məhdudiyyətləri tətbiq edir.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi açıqlamasında deyilir.

Məhdudiyyətlər hesabında kriptovalyuta aktivlərinin qalığı 10 000 avrodan çox olan istifadəçilərə şamil ediləcək.

Rusiya vətəndaşlarının və ya Rusiyada yaşayan, hesabında 10 000 avrodan çox kriptovalyuta qalığı olan şəxslər yalnız məxaric xidmətindən istifadə edə biləcəklər.

Rusiyadan kənarda yaşayan rusların hesabları (təqdim olunan ünvan sübutu ilə təsdiqlənmiş) və hesabındakı pulun ümumi məbləği 10 000 avrodan çox olmayan Rusiya vətəndaşlarının hesabları toxunulmaz və aktiv qalacaq.

Rusiya vətəndaşları və ya Rusiyada yaşayan və fyuçers/derivativlərdə açıq mövqeləri olan və kriptovalyuta balansı 10 000 avrodan çox olan şəxslər bu gündən etibarən 90 gün ərzində bütün mövqelərini bağlamalıdırlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər