2 C
Baku
Saturday, December 14, 2024

Bir neçə MBA proqramı arasında seçim etmək üçün 6 tövsiyə

Hər il yüzlərlə namizəd biznes-məktəbə qəbul prosesi zamanı həyatı dəyişdirən qərarlarla qarşılaşır. Bəli, hadisələrin inkişafını proqnozlaşdırmaq çətin deyil, lakin hərəkətverici amillər həmişə fərdi xarakter daşıyır. Gəlin, namizədlərin dilemma ilə qarşılaşdıqları real nümunələri nəzərdən keçirək:

Ssenari №1: Sizə təqaüd təklif olunur, ancaq xəyalınızdakı biznes-məktəbdə deyil

“Namizəd A” xəyal etdiyi London Business School-dakı proqrama qəbul oldu. Eyni zamanda Columbia-dan 120 min dollarlıq maddi yardımla dəstəklənən dəvət aldı. Enerji sahəsində təcrübəsi və beynəlxalq karyera qurmaq arzusu ilə namizəd təbii olaraq LBS-yə üstünlük verdi. Bununla birlikdə, Brexit məsələsinin qeyri-müəyyənliyi, Avropa vizasının alınması ilə bağlı çətinliklər və LBS-dən maliyyə dəstəyinin olmaması tərəzini CBS-in qeyrinə çevirir.

Ssenari №2: İki aparıcı universitetdən eyni dərəcədə cəlbedici təkliflər aldınız

“Namizəd B” hamının paxıllıq tuta biləcəyi bir vəziyyətdə (Stanford GSB Harvard Business School arasında seçim edəndə), korporativ mədəniyyətə uyğunlaşma və Silikon Vadisi ilə yaxınlığa üstünlük verərək GSB-ni seçdi. Ancaq həyat yoldaşı Bostonda iş tapdığı üçün namizəd fikrini dəyişdirdi və HBS-yə keçdi, çünki onun üçün ailənin rifahı həlledici amil idi.

Ssenari №3: Müraciət göndərdiyiniz bütün proqramlara qəbul oldunuz, lakin xəyalınızdakı biznes-məktəbin gözləmə siyahısında olduğunuzu öyrəndiniz

“Namizəd C” böyük kədər hissi ilə HBS-dəki müsahibədən sonra gözləmə siyahısına düşdü. Bununla yanaşı, o, KellongBooth məktəbləri arasında seçim etmək imkanını qazandı (təqaüdsüz). Namizədin dostu ona HBS-dən başqa istənilən bir məktəbdə təqaüdsüz oxumağın hər hansı mənası olmadığını dedi.

O, bir neçə gün yatmadı və bir müddətdən sonra təkrar müraciət etmək şansını qiymətləndirdi. Belə bir vəziyyətdə hər kəs rahatlığını və iştahını itirər, burada təəccüblü heç nə yoxdur – MBA kursunu yalnız bir dəfə keçmək olar və bu qərar həyatınızı kökündən dəyişdirə bilər.

Bu ssenarilərin sizin vəziyyətinizə uyğun olub-olmadığı vacib deyil, tövsiyələrimiz bir neçə təklif arasındakı seçimdən narahat olan hər kəs üçündür.

Bir neçə MBA təklifi arasında seçim etmək üçün 6 tövsiyə

  1. Uzunmüddətli perspektivlərə investisiya qoyun

Bu şey haqqında düşünün: MBA-nın gəlir artımınıza əhəmiyyətli dərəcədə təsir göstərdiyini nəzərə alsaq, 20 il keçəndən sonra 65 min dollar təhsil haqqı gözünüzə böyük görsənməyəcək. Unutmayın ki, əldə edəcəyiniz diplom sayəsində davamlı inkişafa giriş qazanacaqsınız.

“Bəli, təqaüdlər çox cəlbedici ola bilər, lakin uzunmüddətli perspektivdə bəzən heç bir nəticə vermir, xüsusən bir məktəb digərləri ilə müqayisədə daha ciddi karyera və maliyyə perspektivlərinə qapıları açarsa. Qısamüddətli perspektivdə pula bağlanmamağa çalışın, çünki yaxşı iş təklifi alsanız, bir neçə ildə onları yenidən qazanacaqsınız. Hər bir təhsil müəssisəsinin məşğulluq hesabatlarını araşdırın və aralarında investisiya gəliri baxımından əhəmiyyətli bir fərqin olub-olmadığını öyrənin”.

Buna baxmayaraq, əlbəttə ki, xəyalınızdakı məktəbə haralardasa keyfiyyətli təhsil ilə yanaşı, təqaüdün də ödənildiyini bildirə bilərsiniz. Bu o demək deyil ki, dərhal əks təklif alacaqsınız, sadəcə fərqli biznes-məktəblərin təqaüdlərini optimallaşdırmağın bir neçə yolu var.

  1. İnvestisiyaların effektivliyini təkcə dollarla qiymətləndirməyin

Xəyalınızdakı proqram sizə başqa heç yerdə tapa bilməyəcəyiniz insanlara, imkanlara, müəllimlərə və əlaqələrə giriş imkanını verir? Aydındır ki, əmək haqqı almazdan əvvəl fantastik təhsil haqqı hesabını almaq xoşagələn bir şey deyil, lakin dividendləri daha obyektiv qiymətləndirməyə çalışın. Unutmayın ki, faydalı qarşılıqlı əlaqələr karyeranıza böyük təsir göstərə bilər. MBA məzunları ən vacib komponentin dostlar və potensial həmkarlarla münasibətlər olduğunu qeyd edirlər.

  1. Uyğunluq hər şeyi həll edir

Gündəlik rutin haqqında danışdığımız zaman emosional atmosfer, yerləşmə, auditoriyaların ölçüsü və şəxsi meyllər kimi amillər olduqca vacibdir. Önünüzdəki bir neçə ili harada keçirəcəyinizə dair vahid fikir formalaşdırmaq üçün sizi maraqlandıran biznes-məktəbləri ziyarət etmək məqsədəuyğun olar.

Yəqin ki, heç kimin HBS-də təhsil almaqdan imtina etmədiyini düşünürsünüz, lakin London Business School-un məzunu “Namizəd D” məhz bunu etdi. “Harvard-a müsahibə üçün gəldim və oradakı atmosferdə özümü rahat hiss edə bilməyəcəyimi başa düşdüm. Londonu ziyarət etdikdə isə əksinə, dinləyicilərin ünsiyyət tərzinə, məzunların göstərdikləri ruh yüksəkliyinə aşiq oldum”.

Unutmayın ki, son qərarı verənə qədər prioritetləriniz dəyişə bilər!

  1. Məsləhətlər – yaxşıdır, amma hər şeydən əvvəl özünə etibar etmək lazımdır

“Namizəd C” Wharton-dan imtina edib NYU Stern-i seçməklə hamını təəccübləndirdi. İlk üçlüyə daxil olan proqramdan imtina etməsinə və Nyu-Yorka köçməsinə baxmayaraq, kiçik də olsa peşmançılıq hissi keçirmədi. Wharton-da bakalavr dərəcəsini aldıqdan sonra Filadelfiyadakı həyatın onu daha xoşbəxt etməyəcəyinə əmin idi, çünki yəhudilərin icmasının bir hissəsi olmaq istəyirdi. Çoxları onun bu qərarına təsir göstərməyə çalışdı, amma o, yaşamaq istədiyi mühitin fərqində idi. “Namizəd C” Stern-ə qəbul oldu, Bruklinə köçdü, axtarılan mütəxəssisə çevrildi və özünü bir insan kimi realizə etdi.

Məzunlarla ünsiyyət qurarkən və dostlarınızla seçimləri müzakirə edərkən, proqramın özünü və məktəbdəki atmosferi, o cümlədən keçirdiyiniz duyğuları nəzərə almağı unutmayın. Bu proqramı artıq bitirmiş tələbələrin rəyləri faydalıdır, lakin bu amillərdən yalnız biridir.

  1. Karyeranızla bağlı düşüncələriniz kontekstində məktəbin üstünlüklərini nəzərdən keçirin

Bir çox müəssisə sahibkarlıq, yüksək texnologiya, maliyyə, qeyri-kommersiya, marketinq, premium mallar və ya daşınmaz əmlak kimi sahələrdə böyük nüfuza malikdir. Onların startaplar üçün vençur kapital cəlb edən inkubatorları və ya qeyri-hökumət təşkilatlarının internaturasına çıxışı ola bilər. Bəzən fakültativ və ya təcrübə sahələrini öyrənməyə imkan verən çevik tədris proqramları da mövcuddur. Eyni zamanda idarəetmə təhsili proqramlarını da unutmaq olmaz. Bundan əlavə, məktəbin güclü tərəflərinin maraqlarınıza nə dərəcədə uyğun gəldiyini düşünün. Kursu bitirdikdən sonra əldə edə biləcəyiniz karyera imkanlarını araşdırın.

  1. Heç bir halda peşman olmayın!

Özünüzü biznes-məktəbin şəhərciyində gəzən birinci kurs tələbəsi kimi təsəvvür edin. Özünüzü necə hiss edirsiniz? Dünya səviyyəsində tanınmış diplom almaq imkanı var ikən, borcun böyük bir problem olacağı ehtimalı yoxdur. İlk dərsə gəldiyiniz zaman “edə bilərdim… etməli idim… Amma etmədim” düşünməyiniz daha pisdir.

Qərar verə bilmirsiniz? Bu halda sizə ciddi şəkildə sikkə atmağı tövsiyə edirik. Ancaq onun sizin yerinizə seçim etməsi üçün deyil, öz gözləntilərinizi intuitiv şəkildə sınamaq üçün.

 

 

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər