2 C
Baku
Saturday, December 14, 2024

Bir qrup ABŞ konqresmeni Tayvana səfərə gəlib

“Taipei Times”ın məlumatına görə, ABŞ Konqresinin dörd üzvü üç günlük səfər üçün Tayvana gəlib. Konqresmenlər yerli administrasiyanın rəhbəri Tsay İnqven, xarici işlər naziri Cozef Vu və Milli Təhlükəsizlik Şurasının baş katibi Qu Lixionqla görüşəcəklər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Konqres üzvləri adaya bir gün əvvəl, oktyabrın 11-də gəliblər. Gələnlər qrupuna respublikaçılar Bred Venstrap və Michael Valts, demokratlar Set Moulton və Kai Kahil daxildir. Onlar Tayvan rəsmiləri ilə ikitərəfli əlaqələri, ticarəti və “regionda sülh və sabitliyi” müzakirə etmək niyyətindədirlər.

Avqustun 2-də ABŞ Konqresinin spikeri Nensi Pelosi Tayvana səfər edib. Adanı öz ərazisi hesab edən Çin buna cavab olaraq yaxınlıqda hərbi təlimlər keçirib, xanım Pelosi və onun qohumlarına qarşı sanksiyalar tətbiq edib və bir sıra sahələrdə ABŞ-la əməkdaşlığı dayandırıb.

Son xəbərlər
Digər xəbərlər