19 C
Baku
Thursday, April 25, 2024

Birinə hər şey, o birisinə isə heç nə: 1% qaydası

On qat daha zəngin və daha uğurlu olmaq üçün on qat çox işləmək lazım deyil. Tanınmış blogger James Clear “1% qaydası” dan istifadə etməyi tövsiyə edir. 

Kumulyativ üstünlüyün gücü

Bir-birinin yaxınlığında iki ağacın böyüdüyünü təsəvvür edin. Hər gün onlar günəş işığı və su uğurunda bir-biri ilə mübarizə aparırlar. Bir ağac digərindən sürətli böyüsə, daha hündür olacaq və nəticədə daha çox günəş işığı və yağış alacaq. Ertəsi gün, bu əlavə enerji sayəsində daha da böyüyəcəkdir. Zamanla ikinci ağacı sıxışdırdığına görə günəş şüalarının və torpaqdakı qida maddələrinin çox hissəsi onun payına düşəcək. 

Belə bir ağac daha çox toxum verəcəkdir, yəni bu ağac növünün sayı daha çox olacaq. Və bu proses dəfələrlə təkrarlanacaq, meşənin çox hissəsini zəbt edənə qədər. 

Kumulyativ üstünlük dedikdə, kiçik üstünlüyün zamanla daha böyük üstünlüyə çevrilməsi nəzərdə tutulur. 

Qalib hər şeyi alır

Eyni şey insanlar ilə də olur. Meşədəki ağacları kimi biz də tez-tez resurslar uğrunda mübarizə aparırıq. Siyasətçilər seçicilərin səsləri, yazıçılar bestsellerlər siyahısındakı yer, idmançılar qızıl medallar, şirkətlər potensial müştərilər, telekanallar isə diqqətimiz və vaxtımız uğrunda rəqabət aparırlar. 

Kiçik bir fərq böyük mükafatlara səbəb olduqda buna “Qalib hər şey əldə edir” effekti deyirlər. 

Sizin rəqibinizdən üstünlüyünüz 1%, saniyə və ya qəpik olsa belə,  mükafatın 100%-ni əldə etmiş ola bilərsiniz. 

Zaman və pul kimi məhdud resurslarla əlaqəli olan hər hansı bir qərar, təbii ki, qalibin hər şey aldığı vəziyyətə gətirib çıxarır. 

Qalib mükafatın böyük hissəsini alır

Ayrı-ayrı yarışlar üçün xarakterik olan “Qalib hər şeyi alır” effekti, həyatın digər sahələrində “Qalib mükafatın böyük hissəsini alır” effektinin yaranmasına gətirib çıxarır. 

Əlverişli mövqedə olduqda (qızıl medal qazandıqda və ya direktor vəzifəsinə təyin edildikdə), qalib təkrar-təkrar qələbə qazanmağa kömək edək üstünlüklər toplamağa başlayır. Əvvəlcə çox kiçik olan üstünlük indi 20/80 qaydasına bənzəməyə başlayır. 

Bir sahədə qələbə qazanmaq, digərlərində qələbə qazanmaq şansını artırır. Və sonrakı uğurlar qalibin mövqeyini daha da gücləndirir. 

Vaxt keçdikcə bütün mükafatlar və üstünlüklər başlarda rəqiblərdən bir qədər üstün olanların əlində olur, geridə olanlara isə heç nə qalmır. 

Lakin indi məqalənin əvvəlində verilən suala qayıdaq. Axı niyə bütün imtiyaz və üstünlüklərin çox hissəsi müəyyən insanların və ya şirkətlərin əlində cəmləşmiş olur? 

Bir faiz qaydası

Kiçik bir fərq belə nəticədə imtiyazların qeyri-bərabər paylanmasına səbəb ola bilər. Məhz buna görə yaxşı vərdişlərin olması çox vacibdir. 

Rəqiblərdən cəmi 1% üstün olmaq kifayət edir. Lakin bu gün, sabah və gündən-günə üstünlüyünüzü qorusanız, təkrar-təkrar qazanacaqsınız. Və hər qələbə daha yaxşı nəticələr verəcəkdir. 

Buna “1% qaydası deyirlər”. İki qat çox qazanmaq üçün iki qat yaxşı olmaq lazım deyil. Rəqiblərinizdən cəmi 1% üstün olmağınız kifayət edir. 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər