10 C
Baku
Friday, December 13, 2024

Birinci nəsil iPhone rekord 190 min dollara satılıb

Amerikanın “LCG Auctions” auksion evinin saytındakı məlumata görə, 2007-ci ildə alınmış və açılmamış birinci nəsil iPhone hərracda rekord məbləğə – 190 min dollara satılıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Xatırladaq ki, sonuncu belə bir rekord bu ilin fevralında olub və 63 000 dollar təşkil edib. Hərrac evi lotun dəyərinin artmasını birinci nəsil iPhone modelinin məhdud sayda buraxılması və 4 GB yaddaşa malik olması ilə izah edir.

Birinci nəsil iPhone ilk dəfə “Apple” şirkətinə Stiv Cobs rəhbərlik etdiyi dövrdə buraxılıb. Şirkət 4 GB yaddaşa malik smartfonların istehsalını satışa başlayandan iki ay sonra alıcılar arasında qeyri-populyarlıq səbəbindən istehsalı dayandırıb.

Stiv Cobsun rəhbərliyi altında buraxılan “Apple” məhsullarının nüsxələri bir neçə aydan bir hərraca çıxarılır.

Son xəbərlər
Digər xəbərlər