2 C
Baku
Saturday, December 14, 2024

Bitcoin bu səbəblərdən ucuzlaşır

Dünyanın aparıcı rəqəmsal valyutalarından sayılan bitkoinin bu ilin əvvəlindən ucuzlaşmasının səbəbləri açıqlanıb.

Qiymət azalmasına, əsasən, 5 amil təsir edib:

1) ICO (Initial Coin Offering – ilkin valyuta təklifi) sahəsində fəallığın aşağı düşməsi;

2) “Facebook” və “Alphabet”in ICO-nu reklam edən onlayn elanların yerləşdirilməsinə qadağa qoyması;

3) Bazar iştirakçıları bitkoinin ucuzlaşması ilə bağlı mərc gələ bilməsi. Belə ki, dekabrda “Cboe Global Markets İnc.” və “CME Group Inc.” kimi nəhəng birja operatorları bitkoinlə fyuçers əməliyyatlarına xidmət etməyə başlayıb. Nəticədə ilk dəfə olaraq iri ticarət platformalarında bitkoinin ucuzlaşmasına oynamaq mümkün olub.

4) Xaker hücumlarına qarşı təhlükəsizlik probleminin həll edilməməsi;

5) Bitkoinlə əməliyyatlarda fəallığın azalması. Əgər ötən ilin IV rübündə bitkoinlə tranzaksiyaların sayı 400 mini keçirdisə, bu ilin I rübündə bu göstərici 200 min ətrafında olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər