21 C
Baku
Monday, April 29, 2024

“Bitcoin” tarixdə ilk dəfə 73 min dolları keçib

“Bitcoin” məzənnəsi bütün zamanların ən yüksək səviyyəsinə çatıb. “Binance” platformasının məlumatlarına görə, dünən Bakı vaxtı ilə saat 18:07-də ​​kriptovalyutanın qiyməti 73 min dollara çatıb. Bu həddə çatdıqdan sonra dərhal azalma baş verib. Bakı vaxtı ilə saat 18:10-da “Bitcoin” 71 349 dollara ticarət edilib.

Mart ayında “Bitcoin”in qiyməti üç dəfə artıb. İlk dəfə belə hal martın 5-də baş verib, o zaman valyuta 69.2 min dollara çatıb. Bundan sonra martın 11-də ticarət zamanı “CoinMarketCap” platformasında valyuta məzənnəsi 71 min dolları keçib.

“Bitcoin”in qiyməti yanvarın sonundan etibarən yüksəlməyə başlayıb. Mütəxəssislər 2024-cü ilin sonuna qədər onun dəyərinin 100 min dolları keçəcəyini gözləyirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər