Banker.az saytı Business Insider nəşrinə istinadən xəbər verir ki, Bitcoin və Ethereum virtual valyutalarının məzənnələri yeni tarixi rekordlara imza atıb.
Belə ki, 6 iyun tarixində Bitcoin məzənnəsi 2800 dolları geridə qoyub və 2854 dollar səviyyəsinə çatıb. Ethereum valyutasının məzənnəsi isə öz növbəsində 256 dolları keçib. Bu kriptovalyutanın bundan əvvəlki rekordu 4 iyun tarixində 250 dollar göstəricisi ilə qeydə alınmışdı.
Qeyd edək ki, Bitcoin ilin əvvəlindən tarixi rekordlarını bir neçə dəfə yeniləyib. May ayının sonunda kriptovalyuta bir neçə gün ərzində 2500, daha sonra isə 2600 və 2700 dollardan yuxarı qalxdı. Bitcoin 2000 dollar səviyyəsini 21 may, 1000 dolları isə 2017-ci ilin yanvar ayının əvvəlindən geridə qoymağa başlayıb (2013-cü ildən bu günə qədər ilk dəfə olaraq).