“Bitcoin”in qiyməti aprelin 7-dən bəri ilk dəfə 70 min dollardan aşağı düşüb

“Binance” birjasının məlumatlarına görə, “Bitcoin”in qiyməti 2026-cı il aprelin 7-dən bəri ilk dəfə 70 min dollar həddindən aşağı enib.

Bakı vaxtı ilə saat 10:56-ya olan məlumata görə, Bitcoin 4,46% ucuzlaşaraq 69,788 min dollar səviyyəsində ticarət olunub.

Saat 11:10-a olan məlumata görə isə “Bitcoin”in eniş tempi zəifləyib. Kriptovalyutanın qiyməti 4,37% azalaraq 70,004 min dollar təşkil edib.

Kriptovalyutanın məzənnəsindəki eniş bazar iştirakçılarının riskli aktivlərə marağının azalması fonunda baş verib. Bununla belə, qiymət dinamikası yüksək dəyişkənliyini qoruyur və qısamüddətli dövrdə kəskin dalğalanmalar davam edə bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər