9 C
Baku
Thursday, December 12, 2024

Bitkoin son sutkada 5% ucuzlaşıb

Cümə günü, aprelin 1-ində “Binance” kriptovalyuta birjasında bitkoinin məzənnəsi 44.2 min dollara düşüb.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 11:05-ə olan məlumata görə, dünyanın ən populyar kriptovalyutası 44.8 min dollara ticarət edilib, son sutka ərzində o, 5% ucuzlaşıb. Kriptovalyutanın kapitallaşması 45 milyard dollar azalaraq 850 milyard dollara düşüb, 24 saatlıq ticarət həcmi 39 milyard dollar təşkil edib.

Son sutka ərzində altkoinlər də ucuzlaşıb. “Ethereum”un dəyəri 4% azalaraq 3.2 min dollara, “Binance Coin”in qiyməti 5% azalaraq 422 dollara düşüb. “CoinGecko”ya görə, ümumi bazar dəyəri 4% azalaraq 2.2 trilyon dollara düşüb.

“CoinGlass”a görə, son 24 saat ərzində 116 000 kripto treyderinin marja mövqeləri 392 milyon dollar məbləğində məcburi şəkildə bağlanıb. Ən böyük tək ləğvetmə bitkoin ilə qoşalaşmış “Bittmex” kriptovalyuta birjasında baş verdi və təxminən 5 milyon dollar təşkil edib.

Cümə günü, aprelin 1-ində “Binance” kriptovalyuta birjasında bitkoinin məzənnəsi 44.2 min dollara düşüb. Bakı vaxtı ilə saat 11:05-ə olan məlumata görə, dünyanın ən populyar kriptovalyutası 44.8 min dollara ticarət edilib, son sutka ərzində o, 5% ucuzlaşıb. Kriptovalyutanın kapitallaşması 45 milyard dollar azalaraq 850 milyard dollara düşüb, 24 saatlıq ticarət həcmi 39 milyard dollar təşkil edib.

Son sutka ərzində altkoinlər də ucuzlaşıb. “Ethereum”un dəyəri 4% azalaraq 3.2 min dollara, “Binance Coin”in qiyməti 5% azalaraq 422 dollara düşüb. “CoinGecko”ya görə, ümumi bazar dəyəri 4% azalaraq 2.2 trilyon dollara düşüb.

“CoinGlass”a görə, son 24 saat ərzində 116 000 kripto treyderinin marja mövqeləri 392 milyon dollar məbləğində məcburi şəkildə bağlanıb. Ən böyük tək ləğvetmə bitkoin ilə qoşalaşmış “Bittmex” kriptovalyuta birjasında baş verdi və təxminən 5 milyon dollar təşkil edib.

BTC 1D graph coinmarketcap

Son xəbərlər
Digər xəbərlər