11 C
Baku
Wednesday, December 11, 2024

Bitkoinin qiyməti 10 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti ötən il oktyabrın 26-dan sonra ilk dəfə 10 min ABŞ dollarını keçib. 

Məlumata görə, ötən gün rəqəmsal pulun qiyməti orta hesabla 3,2% artaraq 10 114 ABŞ dollarına çatıb. O cümlədən ən çox kriptovalyuta satılan “Binance” birjasında bitkoin 3,28% bahalaşıb və 10 132 ABŞ dollarına bərabər olub. 

Kriptovalyutaların ötən aydan başlayaraq bahalaşmasını RİA “Novosti”yə şərh edən müstəqil ekspert Mansur Hüseynovun fikrincə, bu prosesi şərtləndirən yeni amil ABŞ, Avropa, Çin iqtisadiyyatının artım perspektivlərinin zəiflədiyi bir vaxtda maliyyə bazarlarına nüfuzlu mərkəzi banklar tərəfindən daha çox dəstək verilməsidir: “Yanvarda koronavirusun yayılması bazarda daha çox dəyişkənliyə səbəb olsa da, təsiri uzun sürmədi. İri sərmayədarlar kriptovalyutaları heç də “safe haven”, yəni etibarlı yatırım olaraq görmürlər. Kriptovalyutalara yatırılanlar riskli aktiv olan qeyri-sərmayə xassəli səhm və istiqrazlara qoyulan vəsaitlərin bir hissəsidir. Bununla yanaşı, bazardakı dalğalanma amili də var, yəni bitkoin 14 min dollarlıq zirvəyə çatıb, yarım il ərzində 50% ucuzlaşdı, indi də bahalaşması gözləniləndir. Bu il bitkoinin qiymətində yeni tarixi maksimuma şahid ola bilərik”./Report

Son xəbərlər
Digər xəbərlər