17 C
Baku
Monday, May 13, 2024

Bitkoinin qiyməti may ayından bəri ilk dəfə 45 min dolları keçdi

Bitkoin kriptovalyutası 2021-ci ilin may ayından bəri ilk dəfə təxminən 0.9% bahalaşaraq 45.2 dollara qalxıb. “Coindesk” portalının məlumatlarına görə, ticarət əsnasında bitkoin 3.37%-dən 3.5%-dək yüksəlib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Xatırladaq ki, 2021-ci ilin aprelində dünyanın ən populyar kriptovalyutasının dəyəri 65 min dollar olub. May ayının ortalarında rəqəmsal valyutaların dəyəri 44-64% azalıb. İyun və iyul aylarında bitkoinin qiyməti 30 min dollardan aşağı düşüb.

Daha sonra bitkoin məzənnəsi 40 min dolları keçib. Belə bir artımın səbəbi bitkoinin ödəmə vasitəsi olaraq tanınması və dünyanın ən böyük onlayn ticarət şirkəti “Amazon” tərəfindən qəbul edilməyə başlaması olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər