24 C
Baku
Thursday, April 18, 2024

Biznes ideya: Meşədə qeyri-adi ofis

Meşədə qeyri-adi ofis – daşınmaz əmlak sahəsində yeni biznes ideyasıdır. İspaniyalı memarlar –Joze Salqasa və Lyuçii Kano, meşədə qeyri adi ofis konsepsiyası təqdim etməklə, ofis məkanlarının kirayəsi sferasında yeni istiqamətin başlanğıcını qoydular. 

Meşədəki, bu qeyri-adi ofis düzbucaqlı şəkildədir. Onun divarlarından biri poliester və qalınlığı 110 mm olan şüşə-lifindən hazırlanıb. O, günəşdən qorunmağa xidmət edir, digər divar isə qalınlığı 20 mm olan şəffaf şüşədən düzəldilib. Bu şüşə vasitəsi ilə əməkdaşlar təbiətin füsunkar gözəlliyini seyr edə bilir.

Meşədə qeyri adi ofis –memarların bu innovativ ideyası adətən pəncərəsindən boz bir mənzərənin açıldığı standart ofis məkanları əsrarəngiz mənzərəli yeni ofislər ilə əvəz edə bilər. Hazırkı ofislərdən baxanda insanlar qonşuluqda yerləşən binaların əvəzinə nə görmək istəyərdi? Axı insanlar öz həyatlarının böyük hissəsini məhz belə ofislərdə keçirir. Nə qədər təəssüf doğursa da, günün çox hissəsi işdə keçirən insanların təbiət qoynunda dincəlmək imkanları olmur.

3

Meşədə qeyri-adi ofis layihəsi – ofis əməkdaşlarının bir çox problemlərinin həllini təklif edir. Amma təəssüf ki, bu tip ofislər yalnız ofis işçiləri üçün açıqdır, çünki meşədəki qeyri adi ofisə -heç də hər müştərinin gəlib getmək imkanı yoxdur. Heç də hamı ora rahatlıqla gedib çıxa bilmir.

Qeyd: Əla istismar xüsusiyyətlərinə və aşağı qiymətinə görə epoksid polimer döşəmələr ofis və anbar məkanlarının təmirində geniş tətbiq olunur.

4

Son xəbərlər
Digər xəbərlər