6 C
Baku
Monday, December 16, 2024

Biznes sahiblər xidmət bankını necə seçsinlər

Xidmət bankı seçərkən adətən iş adamları və biznesmenlər bankın maliyyə dayanıqlığına və xidmətlərin dəyərinə istinad edirlər. Hesab-kassa xidmətinin əsas tərkib elementləri cari hesaba görə aylıq komissiya, ödəniş tapşırıqlarının həyata keçirilməsinə görə haqq, müştəri-bank sistemində xidmətə görə aylıq haqq, nağd mədaxil və məxariclərə görə xidmət haqqından ibarət olur.

Hesab-kassa xidmətinə görə xərclərin azaldılmasının bir variantı bankların kiçik bizneslər üçün təqdim etdiyi təkliflər paketi olma bilər. Burada müəyyən xidmət dəstinə görə sabit xidmət haqqı (abunə ödənişi) tətbiq edilir. İş adamı paketin tərkibinə daxil olan seçənəkləri sərbəst idarə edə bilər.

Daha sonra isə bank xidmətinin distansion kanallarından istifadə imkanlarına diqqət yetirmək lazımdır. Konkret maliyyə müəssisəsinin xeyrinə olan vacib faktorlar distansion xidmətin həyata keçirilməsində təhlükəsizlik, proqram təminatı interfeysinin rahatlığı, təqdim olunana texniki dəstək, tranzaksiyaların onlayn monitorinqini həyata keçirmək imkanı.

Həmçinin perspektivdə təqdim ediləcək xidmətlər haqqında da düşünmək olar. Məsələn əgər xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi planlaşdırılırsa, valyuta nəzarəti, eksport-import əməliyyatları üzrə tariflər, həmçinin tələb olunan sənədlər və onların hansı tezlikdə istənilməsi ilə bağlı qüvvədən olan proseduraları öncədən dəqiqləşdirmək lazımdır.

Əgər biznesin aktiv inkişafı planlaşdırılırsa, gələcəkdə əməkhaqqı layihəsinə qoşulmaq imkanı, inkassasiya və ticarət ekvayrinqi xidmətlərinin sifarişi imkanlarını nəzərdən keçirmək məqsədəuyğundur. Cari hesabın overdraft kreditləşməsi nəticəsində kassa kəsirlərinin maliyyələşməsi, həmçinin də rahat qısamüddətli və investisiya borclanması proqramları imkanı heç də pis olmaz.

Sirr deyil ki, bir çox maliyyə təşkilatları müəyyən xidmətlərin təchizinə görə əlavə haqlar tuturlar. Gələcəkdə xoşagəlməz gözlənilməzlikdən yayınmaq üçün bütün xidmətlərin tarif icmalı ilə öncədən detallı şəkildə tanış olmaq lazımdır. Adətən belə bir sənəd heç də mütləq şəkildə bank xidməti müqaviləsinə bir qoşma kimi əlavə olunmur. Belə halda ban onu sizə ayrılıqda təqdim etməlidir.

Son xəbərlər
Digər xəbərlər