ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya ABŞ-ın Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə hazır olduğunu təsdiqləyib.
Bu barədə ABŞ Dövlət Departamentinin görüşlə bağlı yaydığı məlumatda deyilir.
“Dövlət katibi xarici işlər naziri Kulebaya ABŞ-ın Ukraynanın müdafiə və çəkindirmə imkanlarını, xüsusən də hava hücumundan müdafiə imkanlarını dəstəkləməkdə qəti öhdəliyini bir daha təsdiqlədi” – məlumatda vurğulanıb.
Onlar həmçinin Ukraynanın enerji infrastrukturu və onun uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində ehtiyaclarına dair görüşlərin nəticələrini müzakirə ediblər.