6 C
Baku
Saturday, December 14, 2024

Blinken: “Çinin iqtisadi uğuru ABŞ-ın xeyrinədir”

“ABŞ Çini iqtisadi cəhətdən cilovlamağa çalışmır”.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Pekində keçirdiyi görüşlərin yekununa dair brifinqdə deyib.

ABŞ dövlət katibi bildirib ki, o, Pekinin ABŞ-ın Çininin iqtisadi inkişafına mane olmaq, bunu istəməmək kimi yanaşmasını dəyişdirməyə çalışır.

“Faklar bu fikri yalanlayır”, – deyə o, artan ticarət dövriyyəsinə istinad edərək bildirb ki, bu da ABŞ-ın maraqlarına “çox uyğundur”.

“Çinin geniş iqtisadi uğuru ABŞ-ın da xeyrinədir – lakin milli təhlükəsizliyimizi mühafizə etmək üçün müəyyən spesifik texnologiyalardan qorunmaq lazımdır”, – Blinken əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər