10 C
Baku
Saturday, December 21, 2024

Blinken Lavrova təhlükəsizlik zəmanətləri ilə bağlı söz verdi

Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında görüş başa çatıb.

Diplomatlar əvvəlcə bir neçə giriş sözü deyiblər, daha sonra danışıqlar mətbuata qapalı formatda davam etdirilib.

Cenevrənin mərkəzindəki “Prezident” mehmanxanasında iki ölkə nümayəndələri arasında ünsiyyət saat yarım davam edib.

Lavrov və Blinken arasında keçirilən danışıqlarda əsas məsələ Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təklifləri olub.

“Dövlət Departamentinin Cenevrədəki görüş üçün hazırladığı sənədləri oxumaq mümkün deyildi və artıq Rusiyanın onlara reaksiyası da olub”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 21-də Cenevrədə ABŞ dövlət katibi Entoni Blinkenlə apardığı danışıqların yekununu şərh edərkən deyib.

 

XİN rəhbərinin sözlərinə görə, Rusiya ABŞ-dan alyanslar, hərbi ittifaqlar seçmək azadlığı ilə bağlı bəzi təkrar arqumentlər eşidib.

Lavrov qeyd edib ki, amerikalı həmkarı fikir mübadiləsindən razı qalıb və bu, gələn həftə Rusiyanın təhlükəsizlik təkliflərinə yazılı cavab verməyə kömək edəcək.

Sergey Lavrov həmçinin vurğulayıb ki, ABŞ Cenevrə danışıqlarında Rusiyanın “öz ərazisində silah yerləşdirdiyini” tanıyıb.

2021-ci ilin sonunda Rusiya ABŞ ilə müqavilənin və NATO ilə təhlükəsizlik təminatına dair sazişin layihələrini dərc edib. Moskva xüsusən də NATO hərbi qüvvələrinin postsovet ölkələrində hərbi bazalar qurmağı dayandırmasını tələb edir; Ukraynanın alyansa qoşulmamasını, NATO-nun şərqə doğru daha da genişlənməkdən imtinasını istəyir.

Qərb Rusiyanın təhlükəsizlik zəmanətlərini rədd edib.

Qeyd edək ki, bu, xarici işlər orqanları rəhbərlərinin üçüncü görüşüdür. Birinci görüş may ayında Reykyavikdə Arktika Şurası nazirlərinin iclası çərçivəsində baş tutub. İkincisi dekabrda Stokholmda olub.

Bu il yanvarın 9 və 10-da isə Cenevrədə Rusiya ilə ABŞ arasında danışıqlar keçirilib. Moskva öz təkliflərini verib. Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının ayrıca iclası keçirilib, lakin heç bir nəticə olmayıb.

MənbəModern
Son xəbərlər
Digər xəbərlər