2 C
Baku
Saturday, December 14, 2024

Blinken Leyenlə danışdı – Ukraynaya dəstək davam etdiriləcək

ABŞ dövlət katibi Entoni Blinken Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışığı aparıb.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Tərəflər Ukraynaya verilən dəstəyi müzakirə ediblər.

Blinken Ursula fon der Leyen ilə Ukraynaya dəstəyin davam etdirilməsi, ABŞ-ın Avropanın enerji təhlükəsizliyinə sadiqliyi və Rusiyaya qarşı koordinasiya məsələlərini nəzərdən keçirib.

Rəsmilər, eyni zamanda Bosniya və Herseqovinada sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətinə də toxunublar.

 

 

Son xəbərlər
Digər xəbərlər