16 C
Baku
Monday, May 6, 2024

Blinken ukraynalı həmkarı ilə Kiyevə hərbi yardımı müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı Vaşinqtondan Kiyevə hərbi yardımı müzakirə edib.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda deyilir.

Prays bildirib ki, Birləşmiş Ştatlar Ukrayna hökumətinə və xalqına təhlükəsizlik, iqtisadi və humanitar dəstək verməyə davam etməkdə qərarlıdır.

Aprelin 13-də Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollar məbləğində hərbi yardım, o cümlədən 11 Mi-17 helikopteri, 200 zirehli personal daşıyıcısı, 300 “Switchblade” mərmisi və tank əleyhinə sistemlər üçün 500 raket göndərmək qərarını açıqlayıb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər