“Atlas VPN” tədqiqatçılarının hesablamalarına görə, birinci rübdə hakkerlər tərəfindən blokçeyn platformalarından oğurlanan vəsaitlərin ümumi həcmi dünya üzrə rekord məbləğdə 1.3 milyard dollar təşkil edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Birinci rüb həm də hücumların sayına görə rekorda — 78-ə çatıb. Əvvəlki rekord 2019-cu ildə qeydə alınıb və 62 olub.
Vəsaitlərin böyük hissəsi “Ethereum” və “Solana” kriptovalyutalarının payına düşür (müvafiq olaraq 636 və 396 milyon dollar). Hakkerlərin əsas hücum obyekti NFT tokenləri olub.
“Atlas VPN” bütün investorları blokçeyn təhlükəsizliyi məsələlərinə daha çox diqqət yetirməyə çağırıb.