Qana hakimiyyəti “Lukoil”in Qvineya körfəzindəki şelfdə yerləşən “Deepwater Tano Cape Three Points” (DWT/CTP) dəniz neft blokundakı 38 faizlik payını almaq imkanını nəzərdən keçirir. Bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Qana hesab edir ki, o, Qvineya körfəzində yerləşən “Pecan” yatağının işlənməsi layihəsində “Lukoil”in payını almaq üçün üstünlük hüququna malikdir. Qana bununla ölkənin qərb akvatoriyasında neft hasilatına daha böyük nəzarət əldə etmək istəyir.
Bundan əvvəl “Lukoil” xarici aktivlərə sahib olan “Lukoil International GmbH” şirkətinin satışı barədə ABŞ-nin “The Carlyle Group” şirkəti ilə razılığa gəldiyini açıqlamışdı.
“Bloomberg”in məlumatına görə, Qana öz niyyəti barədə “Lukoil”u məlumatlandırıb. Agentlik bildirir ki, Rusiya şirkətinin nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
2023-cü ildə Qana hökuməti “Lukoil”in iştirak etdiyi DWT/CTP blokunda yerləşən Pecan yatağının işlənməsi layihəsini təsdiqləyib.







