13 C
Baku
Saturday, April 27, 2024

“Bloomberg”: Qlobal qəhvə toxumlarının qıtlığı kafe və marketlərdə qiymətləri yüksəldə bilər

Qlobal qəhvə toxumlarının qıtlığı kafe və supermarketlərdə qəhvə qiymətlərini yüksəltməklə hədələyir.

Hazırda dünya ən yumşaq dada sahib olan və qlobal istehsalının təxminən 60%-ni təşkil edən arabika qəhvəsinin çatışmazlığı ilə üzləşir. Fövqəladə hava şəraitinin bitkiləri məhv etdikdən sonra tədarükün azalması və 2022-ci ilin əvvəlinə qədər məhsuldarlığa daha çox zərər verəcəyi gözlənilən “La Nina” fenomenini nəzərə alaraq bazarın bərpası illər çəkə bilər. Hazırda arabika qiymətləri artan böhranı əks etdirərək bahalaşır və qlobal yükdaşıma məhdudiyyətləri isə qəhvə toxumlarını lazım olan yerlərdən əldə etməyi daha da çətinləşdirir. Nəticədə kafe şəbəkələri və pərakəndə satıcılar qiymət siyasətlərini müəyyənləşdirməlidirlər.

Qeyd edilir ki, bazarda çıxış yolu kimi başqa bir variant da mövcuddur: qəhvənin robusta növü. Bəzi kafe şəbəkələri bu növdən daha çox istifadə edir. Lakin sözügedən növüd daha acıdır və daha çox kofein tərkiblidir.

Xatırladaq ki, Azərbaycan bu ilin yanvar-sentyabr aylarında xaricdən 62,59 ton qovrulmamış qəhvə və 181,19 ton qovrulmuş qəhvə idxal edib. Sözügedən məhsulların dəyəri 1,954 mln. ABŞ dolları təşkil edib. Hesabat dövründə idxalda əsasən qəhvə ekstraktlarına üstünlük verilib. Belə ki, bu ilin ilk doqquz ayında Azərbaycan xaricdən 6,483 mln. dollarlıq 1 883,03 ton qəhvə ekstraktları, essensiyalar və konsentratlar gətirib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər