Bloomberg: Rusiya rublu dünyanın ən güclü valyutası olub

Aprelin əvvəlindən etibarən Rusiya rublu dollar qarşısında təxminən 12% möhkəmlənərək bu göstərici üzrə dünyanın ən yaxşı nəticə göstərən valyutası olub. Bu barədə “Bloomberg” agentliyi yazır.

Agentliyin məlumatına görə, rublun dollara nisbətdə məzənnəsi 2023-cü ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb. “Bloomberg” bu dinamikanın səbəbi kimi ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda enerji daşıyıcılarının yüksək qiymətlərini göstərir.

İkinci ildir ki, Rusiya rublu iqtisadçıların proqnozlarının əksinə olaraq möhkəmlənir. Agentliyin sorğusunda iştirak edən analitiklərin fikrincə, bu, valyutanın məzənnəsinin həddindən artıq yüksək olduğunu göstərə bilər.

“Istar Capital” şirkətinin aktivlərin idarə olunması üzrə meneceri İskander Lutsko hazırkı makroiqtisadi şəraiti “rublun daha da möhkəmlənməsi üçün ideal” adlandırıb.

Son xəbərlər
Digər xəbərlər