17 C
Baku
Friday, April 19, 2024

Bloq yazı: Sahibkarlar çıxış yolunu kütləvi ixtisarda görür

Bir çox sahibkarlar qurduğu şirkətlərdə maliyyə durğunluğu yarananda, vəziyyətdən çıxış yolunu işçilərin kütləvi ixtisarında görürlər. Hətta vəziyyət o yerə gəlir çıxır ki, qanunla qadağan edilən halları da nəzərə almırlar. Yəni Əmək Məcəlləsinin 79 maddənin tələblərin gözləməmək üçün, hamilə, 3 yaşınadək olan qadınları, yeganə qazanc yeri müəssisə olub məktəb yaşınadək uşağını tək başına böyüdən işçiləri və bu maddənin digər tələblərini gözləməyərək həmin şəxslərə təzyiq edərək öz ərizələrini yazmağı tələb edirlər. Bu yaxınlarda bir qadın bununla bağlı mənə müraciət etmişdir. Onu işdə bezdirdiklərinə görə, rəhbərlik 2 ay müavinət ödənilməklə işdən azad etmək qərarına gəlmişdir. Səbəb isə şirkətin xərclərinin çox olmasıdır. Amma hansı əsasla Əmək Məcəlləsinin 79 maddənin tələbinə uyğun gələn qadını işdən çıxarıb müavinət verirlər, bu mənə aydın olmadı. Ümumiyyətlə sahibkarlar şirkətlərini təsis edəndə, atdığı addımlar düzgün istiqamətə yönəlmir. Bu baxımdan da, bir balaca maliyyə çətinliyi yarananda, çıxış yolunu işçiləri işdən çıxarmaqda görürlər. Bunu asan variant hesab edirlər.

Əslində bu kadr itkisi deməkdir. Hansı ki, sənə gələcəkdə daha çox gəlir gətirməkdə kömək edə bilər. Amma başqa formada işə yanaşanlar da var. Təəssüf olsun ki, bunların sayı barmaqla sayılası qədərdir. Onlar iş qurduqda 2 formada işi qurur: istehsalat və xidmət. Əgər xidmətdə maliyyə durğunluğu yaranırsa, köməyə istehsalat gəlir. Bir o birinə həmişə dəstək olur. Belə halda işçini də işdən çıxarmağa ehtiyac olmur. Azərbaycanda bəzi sahibkarlar işə başlayanda, sonranı fikirləşmir. Yəni pis gündən çıxmağın yolun. Bu hal baş verəndə, əl atırlar ixtisarlara. Nəticə də narazılıqlar, məhkəmə çəkişmələri baş verir. Bəzi hallarda nəticə olaraq 100 dəfə elan verib, işçi axtarırlar. Bir çox hallarda elan saytlarında adı dillər əzbəri olan şirkətlərə rast gəlmək olur. Bu şirkətlərin bir çoxu, işçini işdən çıxarmaq halını, adı hala çevirən şirkətlərdir. Hətta bəzi şəxslər yumorla qeyd edillər ki, gözümü açandan bu şirkət mühasib axtarır. Hələ də tapa bilməyib? Dünyada bu hala rast gəlmək olur. Kütləvi ixtisar. Amma bizim o brendlərə çatmağımıza çox var. Onlar da, nə isə düz etməyib, çıxış yolunu bunda görürlər.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər