15 C
Baku
Monday, May 20, 2024

“Blue Finance” Azərbaycanda da olacaq – Yeni BOKT təsis edildi

Azərbaycanda 2024-cü ildə ilk dəfə olaraq yeni bank olmayan kredit təşkilatı təsis edilib.

Banker.az xəbər verir ki, bu, “Blue Finance” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Blue Finance” BOKT MMC Bakı şəhəri Xətai rayonu, Xocalı, ev 37 ünvanında qeydiyyata alınıb. BOKT-nin nizamnamə kapitalı Azərbaycan Mərkəzi Bankı tərəfindən BOKT-lər üçün lisenziya verilməsində tələb edilən minimal tələbdə – 300 000 manatdır.

BOKT-nin icra orqanına Samir Ələkbərov Oqtay oğlu rəhbər seçilib.

Xatırladaq ki, “blue finance” (mavi maliyyə) termini qlobal miqyasda investorların, maliyyə institutlarının və emitentlərin artan marağı ilə iqlim maliyyəsində inkişaf edən bir sahədir. O, təmiz suya çıxışımızı qorumaq, sualtı mühitləri qorumaq və davamlı su sənayesinə investisiya qoymaq üçün imkanlar təklif edir.

2023-cü ilin son rübündə Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyası bununla bağlı seminarlar təşkil edirdi.

Lisenziya almaq üçün növündən asılı olmayaraq BOKT-lər tərəfindən AMB-yə aşağıdakı sənədlər təqdim olunur:

  • təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
  • dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
  • minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;
  • təşkilati strukturu haqqında məlumat;
  • inzibatçıların nəzərdə tutulmuş peşə yararlılığı və məhkumluğun olmaması tələblərinə uyğun olması haqqında məlumat;
  • maliyyələşdirilmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri, o cümlədən (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditin verilmə müddətləri, faiz dərəcələri) barədə məlumat;
  • inzibatçıların iş təcrübəsini təsdiqləyən sənədin əsli və ya sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
  • xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);
  • lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
  • Bu, yazılı formada tərtib edilir və ərizəni imzalayan şəxs (şəxslər) tərəfindən imzalanaraq BOKT-nin möhürü ilə təsdiq edilir.

AMB iki iş günü müddətindən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı və lisenziyanı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər