BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya təşkilatın üzvlərini Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması razılaşması ilə bağlı məlumatlandırıb.
Banker.az xəbər verir ki, bununla bağlı TASS-a təşkilatdakı mənbə bildirib.
Bildirilib ki, iclas qapalı keçirilib.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanatı imzalayıblar.