18 C
Baku
Tuesday, April 23, 2024

BMT Təhlükəsizlik Şurası bu gün Şimali Koreyanın raket buraxılışı ilə bağlı iclas keçirəcək

Bu gün BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın son raket buraxılışlarına dair iclası keçiriləcək.

Bu barədə TASS-a beynəlxalq təşkilatdakı mənbə bildirib.

Onun sözlərinə görə, görüş saat 15:00-a (Bakı vaxtı ilə 21 fevral, saat 00:00) təyin edilib. Bundan əvvəl Yaponiyanın Baş naziri Fumio Kisida bildirib ki, rəsmi Pekin Şimali Koreyanın raket buraxılışları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir.

Yaponiya Müdafiə Nazirliyi daha əvvəl bildirib ki, Şimali Koreya bazar ertəsi səhər özünün qərb sahili ərazisindən iki ballistik raket atıb. Raketlər müvafiq olaraq 50 və 100 km maksimum uçuş hündürlüyündə 350 və 400 km uçub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər