9 C
Baku
Thursday, December 12, 2024

“BOA Agency” 1 milyon manatdan çox mənfəət edib

“BOA Agency” ASC 2022-ci ili 1 milyon 20 min manat mənfəət əldə edib. 2021-ci ili ASC mənfəəti 471 min manat mənfəətlə bağlamışdır ki, bu da illik müqayisədə 2.2 dəfə mənfəətin artması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “BOA Agency”nin cəmi aktivləri 4 milyon 892 min manatdan 9 milyon 908 min manata, cəmi öhdəlikləri 4 milyon 538 min manatdan 8 milyon 738 min manata, cəmi kapitalı 354 min manatdan 1 milyon 170 min manata çatıb.

Xatırladaq ki, “BOA Kollektor Agentliyi” 2011-ci ildə yaradılıb. Qurum vaxtı keçmiş borcların yığılması ilə məşğuldur. “BOA Kollektor Agentliyi” MMC adını və təşkilati-hüquqi formasını “BOA Agency” ASC-yə dəyişib.

Son xəbərlər
Digər xəbərlər