22 C
Baku
Saturday, June 1, 2024

“BOA Agency” ASC-nin səhmləri BFB-də listinqə alınıb

23 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOA Agency” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.

Bildirmək istərdik ki, “BOA AGENCY” ASC “Bakı  Fond Birjasi” QSC-də qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması,  delistinqi və ticarətinin təşkili Qaydaları”nın 4.5-ci bəndinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılması öhdəliyini üzərinə götürür.

Yerləşdirmə üzrə anderrayter “Unicapital  İ.Ş” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmlərin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

 

Yerləşdirmə  forması

 

Anderrayter

 

AZ1001025407

Adi adlı  sənədsiz  səhm

86 000

(ədəd)

1

manat

Abunə yazılışı üsulu

“Unicapital  İ.Ş” ASC

Son xəbərlər
 ⁠
Digər xəbərlər