27 C
Baku
Wednesday, April 24, 2024

“Boeing 737 MAX” təyyarələri bu il Çində uçuşları bərpa edə bilər

ABŞ-ın “Boeing” korporasiyasının “Boeing 737 MAX” təyyarələri bu ilin sonu və ya gələn ilin əvvəlində Çində uçuşları bərpa edə bilər.

Bu barədə Çinin Mülki Aviasiya Administrasiyasının sözçüsü Yan Çjenmen (Yang Zhenmei) bildirib.

“Kommersiya uçuşlarının ardıcıl olaraq bu ilin sonu və ya gələn ilin əvvəlində bərpa ediləcəyi gözlənilir və yeni təyyarələr yenidən xidmətə başlayacaq”, – Yang Zhenmei bildirib.

Dekabrın 2-də Çinin Mülki Aviasiya İdarəsi “Boeing”in 737 MAX təyyarələri üçün təhlükəli istismar xüsusiyyətlərini və onların uçuş qabiliyyətini aradan qaldırdığını təsdiqləyib. Yan Çjenmenin sözlərinə görə, uçuşa yararlılığın təsdiqlənməsi uçuşların həqiqətən bərpası üçün əsas addımlardan yalnız biridir. Gələcəkdə aviaşirkətlər lazımi təyyarə modifikasiyalarını həyata keçirməli, donanmalarını yenidən qurmalı və pilotlar hazırlamalı olacaqlar.

Xatırladaq ki, “Boeing 737 MAX” tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada (“Lion Air”) və 2019-cu ilin martın 10-da Efiopiyada (“Ethiopian Airlines”)) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub.

Hazırda dünyada təxminən 500 “Boeing 737 MAX” təyyarəsi mövcuddur.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər