15 C
Baku
Saturday, April 20, 2024

Böhran ABŞ dollarını bahalaşdırır – Manat da ondan geri qalmır…

Azərbaycan manatı yenidən ticarət tərəfdaşlarının milli valyutalarına qarşı bahalaşıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci ilin mart ayında manatın real effektiv məzənnəsi (REM) 119.55 bənd təşkil edib.

Manatın qeyri-neft sektoru üzrə REM-i 118.6 bənd təşkil edib.

Qeyd edək ki, Azərbaycan manatı ABŞ dollarına qarşı 2017-ci ilin martından sabit məzənnə ilə hərəkətsiz qalıb. USD/AZN cütlüyünün məzənnəsi 1.7000 səviyyəsindədir.

Buna görə də, manat ABŞ dolarının böhranda bahalaşma və ya ucuzlaşma istiqamətində mütənasib, yaxud korrelyasiya edir. ABŞ dollarının indeksi Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranan qlobal inflyasiyaya görə, FED-in faiz artımına getməsi, və növbəti iclaslarda da artırması siqnallarını verməsi onun indeksini gücləndirib. 6 əsas rəqib valyuta qarşısındakı indeksi 100 bəndin üzərindədir.412312 2

Son xəbərlər
Digər xəbərlər