10 C
Baku
Wednesday, December 11, 2024

BOKT “Caspian İnvest” MMC-nin Binəqədi filialı fəaliyyətə başlamışdır

®BOKT 28.09.2004-cü il tarixində Mərkəzi Bankın 164-QB nömrəli lisenziyasına əsasən fəaliyyətə başlamışdır. Bu illər ərzində BOKT “Caspian İnvest” MMC-nin regionlarda, xüsusi ilə Qarabağ bölgəsində kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün kreditlər ayırmışdır. 2023-cü ilin noyabr ayından etibarən BOKT “Caspian İnvest” MMC-nin təsisçilər və rəhbərliyin dəyişilməsi ilə şirkətdə köklü struktur dəyişikliyi edilmiş və yeni strateji planlamalar hazırlanmışdır. Şirkət önünə qoyduğu məqsədlərdən birinidə həyata keçirdərək 21 dekabr 2023-cü il tarixində BOKT-un Bakı şəhərində yerləşən ilk filialı olan “Binəqədi” filialının açılışını etmişdir. Hal-hazırda BOKT-un “Ağdam”, “Füzuli”, “Siyəzən”, “Xaçmaz” “Binəqədi” rayonlarında yerləşən filiallarında öz peşəkar komandası ilə müştərilərin xidmətindədir.

BOKT “Caspian İnvest” MMC daim müstəri məmnunluğunu təmin etməyə va xidmət keyfiyyətini artırmağa böyük diqqət ayırır. BOKT “Caspian İnvest” MMC tərəfindən təmin olunan məhsul növlərinə Biznes kreditləri, Lizinq kreditləri, İstehlak kreditləri və Qızıl təminatlı kreditlər daxildir.

BOKT “Caspian İnvest” MMC-nin İdarə Heyətinin Sədri cənab İbrahim Salmanov Elşən oğlu bildirib: “Növbəti strateji dövrdə BOKT “Caspian İnvest” MMC sahibkarlığa dəstək məqsədi ilə biznes, mikro kreditlərinin payını artırmağı hədəfləyərək daha sərfəli şərtlərlə müştərilərə xidmət göstəriləcəyini bildirmişdir”.

Şirkət keçdiyi yola və qarşısındakı gələcəyinə nəzər yetirərək yeni filial açılışını minnətdarlıq hissi ilə qeyd edir və qarşıda duran iddialı məqsədlərinə doğru irəliləməyi səbirsizliklə gözləyir.

b73bfdc5 ed9b 4017 9307 8b5365f875f55832e67d 93f6 49e0 a9c6 42e529e8e138  0b8c6c0f 65d7 47e3 8451 4d110c010e36 5a2433fc 43fe 4909 a6a1 9347e0194970

Son xəbərlər
Digər xəbərlər