15 C
Baku
Monday, May 20, 2024

BOKT “Caspian İnvest” MMC-nin Tovuz filialı fəaliyyətə başlamışdır

®BOKT 28.09.2004-cü il tarixində Mərkəzi Bankın 164-QB nömrəli lisenziyasına əsasən fəaliyyətə başlamışdır. Bu illər ərzində BOKT “Caspian İnvest” MMC-nin regionlarda, xüsusi ilə Qarabağ bölgəsində kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün kreditlər ayırmışdır. 2023-cü ilin noyabr ayından etibarən BOKT “Caspian İnvest” MMC-nin təsisçilər və rəhbərliyin dəyişilməsi ilə şirkətdə köklü struktur dəyişikliyi edilmiş və yeni strateji planlamalar hazırlanmışdır. Şirkət önünə qoyduğu məqsədlərdən birinidə həyata keçirdərək 12 Mart 2024-cü il tarixində BOKT-un Tovuz şəhərində yerləşən filialı “Tovuz” filialının açılışını etmişdir. Hal-hazırda BOKT-un “Ağdam”, “Füzuli”, “Siyəzən”, “Xaçmaz” “Binəqədi” rayonlarında yerləşən filiallarında öz peşəkar komandası ilə müştərilərin xidmətindədir.

BOKT “Caspian İnvest” MMC daim müstəri məmnunluğunu təmin etməyə va xidmət keyfiyyətini artırmağa böyük diqqət ayırır. BOKT “Caspian İnvest” MMC tərəfindən təmin olunan məhsul növlərinə Biznes kreditləri, Lizinq kreditləri, İstehlak kreditləri və Qızıl təminatlı kreditlər daxildir.

BOKT “Caspian İnvest” MMC-nin İdarə Heyətinin Sədri İbrahim Salmanov Elşən oğlu bildirib: “Növbəti strateji dövrdə BOKT “Caspian İnvest” MMC sahibkarlığa dəstək məqsədi ilə biznes, mikro kreditlərinin payını artırmağı hədəfləyərək daha sərfəli şərtlərlə müştərilərə xidmət göstəriləcəyini bildirmişdir”.

Şirkət keçdiyi yola və qarşısındakı gələcəyinə nəzər yetirərək yeni filial açılışını minnətdarlıq hissi ilə qeyd edir və qarşıda duran iddialı məqsədlərinə doğru irəliləməyi səbirsizliklə gözləyir.

46bdc99e 85a5 4959 8c41 08449304e8bd f39843c0 8d02 4766 b8fc ede00a3fb99c 9555d6f4 a517 4c1e 9f47 4565a6f9b527 28193888 5bfa 4f18 92f0 811549ad5921

Son xəbərlər
 ⁠
Digər xəbərlər