5 C
Baku
Saturday, December 14, 2024

BOKT “Embafinans”

Əsas vəzifə və öhdəliklər:

• risklərin müəyyən edilməsi, analizi, qiymətləndirilməsi, hesabatlığın təmin olunması və idarə edilməsi;
• risklərin minimum səviyyədə saxlanılmasını təmin edən hesabatların hazırlanması üçün məlumatlar toplamaq;
• Aşkara çıxarılan bütün nöqsanlar haqqında rəhbərliyə məlumat vermək;
• Öz  səlahiyyətləri daxilində hesabatlar aparmaq;
• Beynəlxalq  Maliyyə  Hesabatı standartlarına, AR Mərkəzi  Bankının normativ aktlarına və şirkətin müvafiq daxili təlimatlarına  uyğun  olaraq bazar və likvidlik  riskləri müntəzəm  olaraq  təhlil etmək,
• aktiv və öhdəlıklərin müddətlər üzrə mövqeyini əks etdirən hesabatın hazırlanmasında iştirak etmək və strukturuna, keyfiyyətinə  mütəmadi nəzarət etmək;

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

• Ali iqtisadi təhsil;
• Yaş həddi 25-40 ;
• Bank və ya kredit təşkilatlarında müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
• Maliyyə  risklərini  düzgün qiymətləndirmək qabiliyyəti;
• Peşəkar ehtiyatlılıq və dəqiqlik qabiliyyəti;
• Analitik qabiliyyətə malik olmaq;
• Azərbaycan dilini mükəmməl bilmək, ingilis və rus dillərində oxu, yazı və danışıq bacarıqlarına orta səviyyədə malik olmaq;

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  [email protected] ünvanına göndərə bilərlər.

Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq. Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.

İş qrafiki: 6 gün / I-V saat 10.00-18.00  , VI saat 10:00-15:00

Son xəbərlər
Digər xəbərlər