13 C
Baku
Friday, May 17, 2024

“BOKT İcraçı Kredit Agentliyi” ötən il kiçilib, kredit portfeli azalıb

“Bokt İcraçı Kredit Agentliyi” MMC-nin 31 dekabr 2023-cü il tarixinə cəmi aktivləri 1 milyon 104 min manat olub. 2022-ci ildə BOKT-un aktivləri 1 milyon 312 min manat olub ki, bu da illik müqayisədə aktivlərin 16% azalması deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

“Bokt İcraçı Kredit Agentliyi” MMC-nin ötən il kredit portfeli 2% azalaraq 897 min manat, cəmi öhdəlikləri 19.4% azalaraq 113 min manat, cəmi kapitalı isə 15.4% azalaraq 992 min manata düşüb.

BOKT-un bölüşdürülməmiş mənfəəti 803 min manatdan 570 min manata düşüb, nizamnamə kapitalı isə 272 min manatdan 324 min manata çatıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər