16 C
Baku
Tuesday, April 30, 2024

BOKT “İnkişaf üçün Maliyyə” banka olan borclarını tam bağlayıb, zərərdən mənfəətə keçib

Böyük Britaniyanın “Oxfam” təşkilatının yeganə payı olduğu “İnkişaf üçün Maliyyə” MMC ötən il zərərdən mənfəətə keçib.

Bu barədə Banker.az BOKT-un audit hesabatındakı rəyə istinadla xəbər verir.

Rəydə qeyd edilir ki, kredit təşkilatının faiz gəlirləri 9 faiz artımla 1.919 mln. manat, faiz xərcləri isə 36% azalma ilə 0.211 mln. manat təşkil edib ki, onun xalis faizdən gəliri 1.428 mln. manatdan 1.708 mln. manata yüksəlib.

İnzibati və ümumi xərcləri isə 1.588 mln. manatdan  1.821 mln. manata yüksəlib.

Bununla da ötən il ərzində 0.276 mln. manat xalis mənfəət (2020-ci ildə 106 min man. zərər idi) əldə edib.

Bu xalis mənfəətdən sonra BOKT-un bölüşdürülməmiş mənfəəti 4.742 mln. manata yüksəlib.

KREDİT PORTFELİ BÖYÜYÜB

“İnkişaf üçün Maliyyə”nin kredit portfeli 4.631 mln. manatdan 6.904 mln. manata yüksəlmişdir. Ötən ilin əvvəli BOKT-un aktivlərində olan 3.819 mln. manatlıq nağd pul vəsaitlərinin həcmi 0.324 mln. manata düşüb. Buna səbəb isə BOKT-un daxil olan vəsaitlərlə kredit portfelinə və eləcə də “PAŞA Bank” qarşısında olan faizli borclarının sıfırlanmasıdır.

BOKT hesabat ilinin əvvəlində “PAŞA Bank”a 1.025 mln. manatlıq, MCE Social Capital adlı təşkilat qarşısında olan 0.863 mln. manatlıq borc tam sıfırlanıb.

BOKT-un Azərbaycan Mərkəzi Bankı qarşısında 1.631 mln. manatlıq kredit borcu mövcuddur.

23243434 2122

Son xəbərlər
 ⁠
Digər xəbərlər