14 C
Baku
Wednesday, May 15, 2024

BOKT “Kəpəz” daha 2 mln. manat borc cəlb edir

26 avqust 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Kəpəz” MMC-nin ümumi dəyəri 2 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

6 sentyabr 2022-ci il tarixində BOKT “Kəpəz” MMC-nin ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan istiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcək.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2009020804
İstiqrazların növü və forması Faizli təmin edilməmiş sənədsiz adlı
İstiqrazların sayı 1000 (ədəd)
Nominal Dəyəri 1,000 manat
Ticarətə buraxlma tarixi 06.09.2022
İllik faiz dərəcəsi 14%
Tədavül müddəti 48 ay
Kupon faizlərinin ödəniş müddəti 30 gündən bir

 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər